20 
Mar
2019
23:40
134
44
3071
Virtual karabakh

Xorvatiyanın müdafiəsində problemlər var - Millimizin baş məşqçisi danışdı

20 Mar, 2019
23:40
3071

Xorvatiyanın müdafiəsində problemlər var - Millimizin baş məşqçisi danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransında sabah Xorvatiyaya qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Yurçeviç ilk növbədə Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib.

Baş məşqçi qeyd edib ki, sabah Azərbaycan millisini böyük oyun gözləyir:

“Xorvatiya çox güclü komandadır. Biz yaxşı məşq etmişik və sabah layiqli oyun sərgiləməyə çalışacağıq. Biz hazırıq, hamı sağlamdır. Yalnız bir futbolçumuz travma alaraq kənarda qaldı - İsayev”. 

Yurçeviç qeyd edib ki, Azərbaycan millisi ya 4-1-4-1, ya da 4-2-3-1 sxemi ilə oynayacaq.

“Oyun mənim Vətənimdə keçiriləcək, və ümid edirəm ki, təsnifat mərhələsindəki ilk oyun bizim üçün uğurlu olacaq”, - deyə o bildirib.

Baş məşqçi qeyd edib ki, futbolçular barədə yaxşı fikirdədir, “baxmayaraq ki, Xorvatiya oyunçuları daha güclüdürlər, futbolda hər şey ola bilər”.

Yureviç bildirib ki, Azərbaycan yığmasının baş məşqçisi olduğu üçün xoşbəxtdir, və o hər şeyin uğurlu olacağına inandığını vurğulayıb.

Zlatko Daliçə komplimentlərinə görə təşəkkürünü bildirən Yurçeviç qeyd edib ki, Xorvatiya yığmasının müdafiədə problemləri ola bilər:

“Zəif rəqiblərlə müqayisədə onlar güclülərə qarşı daha yaxşı oynayırlar”.

Sonda millimiz baş məşqçisi qeyd edib ki, Xorvatiya yığmasının oyunuları detallı şəkildə təhlil olunub, lakin hər şey futbolçuların özlərini meydanda necə göstərəcəyindən asılıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri