Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üçqat Avropa çempionumuz: Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm
Gördüyünüz kimi, çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim.
Azərbaycan Güləş Federasiyasının rəsmi saytı xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Hacı Əliyev (65 kq) deyib.
28 yaşlı idmançı yarışın ağır keçdiyini vurğulayıb. O, növbəti dəfə Avropa çempionu olduğu üçün şad olduğunu söyləyib:
“Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram. Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, Hacı Əliyev 1/8 final mərhələsində Ermənistan güləşçisi Vazgen Tevanyanı məğlubiyyətə uğradıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Rəylər