Misirin Sina yarımadasının şimalında yerləşən Şeyx Zoveyd şəhərindəki bazara giriş məntəqəsində kamikadze üstündəki bombanı işə salıb.
RİA Novosti xəbər verir ki, partlayış nəticəsində özü və 7 sivil ölüb, 26 nəfər isə yaralanıb.
Ölənlərdən 4-ü polis, biri isə 6 yaşlı uşaqdır. Daxili İşlər Nazirliyinin məlumatına görə, terrorçu 15 yaşlı yeniyetmə olub.
