Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda “Formula-1”də bolid kanalizasiya lyukuna ilişdi - YENİLƏNİB + VİDEO
SOCAR Azərbaycan Qran-Prisi zamanı daha bir xoşagəlməz hal baş verib.
Oxu.Az xəbər verir ki, “Formula-1”də sərbəst yürüş zamanı qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidi kanalizasiya lyukuna ilişib.
Bundan sonra bolidi aparan evakuasiya maşınının kranı yerüstü piyada keçidinə dəyib.
Nəticədə keçid zədələnib.
Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülüb.
Yekunda Corc Rasselin bolidini boksa ikinci kranla gətirmək mümkün olub.
Qeyd edək ki, bu qəza səbəbindən sərbəst yürüş yarımçıq saxlanılıb və ləğv olunub. Buna FIA qərar verib.
12:40
Bakıda “Formula-2” üzrə sərbəst yarışlar keçirilib.
Oxu.Az xəbər verir ki, SOCAR Azərbaycan Qran-Prisində artıq ilk qəza baş verib.
Belə ki, “ART Grand Prix” komandasının rusiyalı pilotu Nikita Mazepin dönmə edərkən qəza edib.
Həmçinin, “MP Motorsport” komandasının hindistanlı pilotu Mahavir Raqunatan da bu döngəni düzgün keçə bilməyib.
Səbuhi MUSAYEV
"Azərbaycan" teqi üzrə xəbərlər
- Deputat: "Davos İqtisadi Forumu Azərbaycana strateji baxışlarını dünyaya təqdim etmək imkanı verir"
- Lavrov: "Moskva Bakı ilə İrəvan arasında normallaşma prosesinə kömək etməyə hazırdır"
- Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
- ABŞ-nin Bakıdakı səfiri Mark Libbi vidalaşdı: "Ən unudulmaz təəssüratı Azərbaycan xalqı bəxş etdi"
- Hakan Fidan Azərbaycana səfər edəcək
Rəylər