30 
May
2019
21:24
204
30
4180
Virtual karabakh

Bakıdakı final: İlklər gecəsi

30 May, 2019
21:24
4180

Bakıdakı final: İlklər gecəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilmiş UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşü (4:1) bəzi ilklər ilə yadda qaldı.

Oxu.Az həmin ilkləri və maraqlı məqamları təqdim edir:

– İlk dəfə bu iki komanda arasında keçirilən London derbisi rəsmi yarışlarda İngiltərədə keçirilmədi. Bu ilk isə Bakıda baş tutdu;

– “Çelsi” Bakıya ikinci gəlişində də dörd qol vurmağı bacardı. Bu komanda 2017-ci ilin 22 noyabrında Çempionlar Liqasında “Qarabağ”ı 4:0 hesabı ilə məğlub etmişdi. “Çelsi” həm də Bakıda ilk dəfə qapısında top gördü;

– “Arsenal”ın baş məşqçisi Unai Emeri indiyədək bu turnirin finallarında məyus olmamışdı. Üç dəfə – 2014, 2015 və 2016-cı illərdə İspaniyanın “Sevilya” komandasına bu çempionluğu qazandırmış Emeri ilk dəfə Bakıdakı finalda bu xoşbəxtliyə nail ola bilmədi;

– İlk dəfə Avroliqanın finalında VAR sistemi tətbiq olundu. Bu isə o deməkdir ki, ilk dəfə VAR sistemi Bakıya gəldi. Düzdür, oyun ərzində videotəkrara müraciət olunmadı;

– Mauritsio Sarri UEFA Avropa Liqasını qazanmış ilk italyan baş məşqçi oldu. Ümumiyyətlə, “Çelsi”nin baş məşqçisi məşqçilik karyerasında ilk titulunu Bakıda qazandı;

– Bakıdakı final “Arsenal”ın qapıçısı Petr Çex üçün futbolçu karyerasında son görüş oldu. O karyerasını məyus notlarla bitirsə də, yeni iş yeri də bəllidir. 37 yaşlı qolkiper 2004-2015-ci illərdə çıxış etdiyi “Çelsi”yə bu dəfə idman direktoru kimi qayıdır;

– Eden Azar “Çelsi” forması ilə son oyununu məhz Bakıda keçirdi. Belçikalı futbolçunun karyerasını bundan sonra Madrid “Real”ında davam etdirəcəyi gözlənilir;

– Azar cari mövsüm Avropa Liqasında cəmi iki qol vurdu. Onun hər iki qolu məhz Bakıda gerçəkləşdi.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri