Bu gün İngiltərə kubokunda final oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, həlledici oyunda “Arsenal” və “Çelsi” qarşılaşıb.
Londonun “Uembli” stadionunda baş tutan qarşılaşmada “Çelsi” hesabı açıb. Ancaq “Arsenal” elə ilk hissədə bərabərlik qolunu vurub, 28-ci dəqiqədə Obameyanq təyin olunmuş penaltini uğurla yerinə yetirib.
İkinci hissədə Obameyanq “Arsenal”ın qələbə topunu vurub və qarşılaşma “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla “Arsenal” 14-cü dəfə İngiltərə kubokunun sahibi olub.
Qeyd edək ki, ötən il mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının finalıdan “Arsenal” və “Çelsi” üz-üzə gəlmişdi. Həmin qarşılaşmada “Çelsi” 4:1 hesablı qələbəyə sevinmişdi.