12 
İyn
2022
16:58
83
301
7312
Virtual karabakh

“F-1” Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırıldı - YENİLƏNİB + FOTO/VİDEO

12 İyn, 2022
16:58
7312

“F-1” Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi, həmçinin ikinci və üçüncü yerlərin sahibləri mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və gənclər və idman naziri Fərid Qayıbov verib.

Onlar pilotlara kubok təqdim ediblər.

Qeyd edək ki, yarışıb qalibi “Red Bull”dan Maks Ferstapen olub.

16:40

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub. 

“Red Bull”dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Serxio Peres ikinci, “Mercedes”dən Corc Rassell üçüncü yeri tutub. 

Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib. 

Beləliklə, Maks Ferstappen ilk dəfə Bakıdakı yarışda qalib olub.

Ötən il onun komanda yoldaşı Serxio Peres finişə birinci çatdığı üçün “Red Bull” ardıcıl Bakıdakı ikinci yarışda qalib olub. 

16:09

“Haas” komandasının pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.

30 yaşlı sürücün bolidindəki problem ucbatından sonadək yarışa bilməyib.

Açıklama yok.

15:48

“Ferrari” komandasının daha bir pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

21-ci dövrədə sürücünün bolidində problem aşkarlanıb və avtomobil tüstüləyib. 

15:30

“Formula-1” üzrə Azərbaycan Qran-prisindən kənarda qalan ilk pilot bəlli olub.

Oxu.Az xəbər verir ki, Karlos Sayns mübarizəni erkən dayandırıb.

“Ferrari”nin pilotu doqquzuncu dövrədə yanlış döngəyə girib ki, bu da onun yarışı erkən bitirməsinə səbəb olub.

Bu səbəbdən ispaniyalı boksa yollanıb.

Bundan əlavə, “Uilyams” pilotu Nikolas Latifi startda səhvə yol verdiyi üçün 10 saniləyik cərimə ilə üzləşib.

Açıklama yok.

15:08

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir əsas yarışdan əvvəl gerçəkləşib.

“Lumineux” vokal-xor ansamblı və “SOS Uşaq Kəndləri Azərbaycan”nın uşaqları Dövlət Himnini səsləndirib.

Daha sonra “Formula-1” üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb.

Qalib 51 dövrənin yekunundan sonra bəlli olacaq.

“Ferrari”nin sürücüsü Şarl Lekler dünən sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.

“Red Bull” pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerdə mübarizəyə start verib.

Qeyd edək ki, “Formula-1” yarışı altıncı dəfə Azərbaycanda təşkil olunur.

Bakıdakı əvvəlki yarışlarda “Mercedes”in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, hazırda “McLaren”də çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Lüis Həmilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub.

2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə baş tutmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri