“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi, həmçinin ikinci və üçüncü yerlərin sahibləri mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və gənclər və idman naziri Fərid Qayıbov verib.
Onlar pilotlara kubok təqdim ediblər.
Qeyd edək ki, yarışıb qalibi “Red Bull”dan Maks Ferstapen olub.
Daha sonra “Formula-1” üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb.
Qalib 51 dövrənin yekunundan sonra bəlli olacaq.
“Ferrari”nin sürücüsü Şarl Lekler dünən sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.
“Red Bull” pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerdə mübarizəyə start verib.
Qeyd edək ki, “Formula-1” yarışı altıncı dəfə Azərbaycanda təşkil olunur.
Bakıdakı əvvəlki yarışlarda “Mercedes”in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, hazırda “McLaren”də çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Lüis Həmilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub.
2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə baş tutmayıb.