25 
Avq
2022
09:24
84
12
2318
Virtual karabakh

Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar bilinəcək - AFİŞA

25 Avq, 2022
09:24
2318

Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar bilinəcək - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

“Report”un məlumatına görə, qarşılaşmaların ardından qrup mərhələsinə vəsiqə qazanacaq sonuncu 10 komandanın adına aydınlıq gələcək.

Türkiyənin turnirdəki təmsilçilərindən “Fənərbağça” Avstriyanın “Austriya” (Vyana) komandasını, “Sivasspor” isə İsveç “Malmö”sünü qəbul edəcək. İstanbul klubu ilk matçda 2:0 hesablı qələbə qazanıb, sivaslılar rəqibə uduzublar - 1:3.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı İsveçrə “Sürix”i Şotlandiyada “Harts”ın, Macarıstan “Ferentsvaroş”u İrlandiyada “Şemrok Rovers”un qonağı olacaq. Sürix klubu ilk görüşdə 2:1, Budapeşt təmsilçisi isə 4:0 hesablı qələbə qazanıb.

UEFA Avropa Liqası

pley-off mərhələsi, cavab oyunları

25 avqust

20:00 “AEK” (Larnaka, Kipr) – “Dnepr-1” (Ukrayna)

İlk oyun - 2:1.

20:00. “Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan)

İlk oyun - 0:1.

20:30. “Silkeborq” (Danimarka) – “HİK” (Finlandiya)

İlk oyun - 0:1.

21:00. “Fənərbağça” (Türkiyə) – “Austriya” (Vyana, Avstriya)

İlk oyun - 2:0

21:00. “Omoniya” (Kipr) – “Gent” (Belçika)

İlk oyun - 2:0

21:00. “Şerif” (Moldova) – “Pünik” (Ermənistan)

İlk oyun - 0:0

21:00. “Sivasspor” (Türkiyə) – “Malmö” (İsveç)

İlk oyun - 1:3

23:00. “Harts” (Şotlandiya) – “Sürix” (İsveçrə)

İlk oyun - 1:2

23:00. “Olimpiakos” (Yunanıstan) – “Apollon” (Kipr)

İlk oyun - 1:1

23:00. “Şemrok Rovers” (İrlandiya) – “Ferentsvaroş”

İlk oyun - 0:4.

Qeyd edək ki, daha əvvəl 22 komanda qrup mərhələsində iştirakı təmin edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri