Noy
2022
10:34
71
16
4399
Virtual karabakh

Pikenin karyerasına son qoymasının səbəbi açıqlandı - FOTO

4 Noy, 2022
10:34
4399

Pikenin karyerasına son qoymasının səbəbi açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın müdafiəçisi Jerar Pike bir sıra problemlərə görə kataloniyalılardan ayrılmaq qərarına gəlib.

Bu barədə jurnalist Yelena Kondis Edo özünün “Twitter” səhifəsində yazıb. 

Mənbənin sözlərinə görə, Pikeyə futbol problemlərindən əlavə, mətbuatla bağlı problemlər də təsir edib. Eyni zamanda futbolçunun “Barselona”nın prezidenti Joan Laportadan incikliyi səbəbindən belə bir qərar verdiyi də qeyd edilir.

Xatırladaq ki, noyabrın 3-də 35 yaşlı futbolçu idmandan getdiyini açıqlayıb. La Liqanın 13-cü turunun “Almeriya” ilə oyunu (noyabrın 6-da nəzərdə tutulur) futbolçu üçün sonuncu olacaq.

Pike “Barselona” forması ilə səkkiz La Liqa, üç Çempionlar Liqası kuboku və digər titullar qazanıb. İspaniya millisinin heyətində futbolçu 2010-cu ildə dünya və 2012-ci ildə Avropa çempionatının qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri