28 
Noy
2022
12:48
10
163
2985
Virtual karabakh

Braziliya millisinin futbolçuları arasında virus yayılıb

28 Noy, 2022
12:48
2985

Braziliya millisinin futbolçuları arasında virus yayılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya milli futbol komandasının həkimləri komandada virus yayılmasından şübhələnirlər.

Mənbənin sözlərinə görə, son günlər bir neçə futbolçu məşqi buraxmalı olub. Belə ki, ilk olaraq “Mançester Yunayted”in hücumçusu Antoni nasazlayıb. Onda qripə bənzər simptomlar və qusma müşahidə olunub. Daha sonra “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa və “Liverpul”un qapıçısı Alisson xəstələnib.

Eyni zamanda, futbolçular DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun İsveçrə ilə oyununda oynamağa hazır olduqlarını bildiriblər, lakin baş məşqçi Tite oyun üçün heyəti hələ müəyyənləşdirməyib.

Xatırladaq ki, Neymar və Danila da zədə səbəbindən qarşıdakı oyunu buraxacaqlar.

Braziliya və İsveçrə yığmaları arasında görüş noyabrın 28-də, Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Birinci turun matçında braziliyalılar Serbiya millisini (2:0), isveçrəlilər isə Kamerunu (1:0) məğlub ediblər.

Xatırladaq ki, dünya çempionatı Qətərdə noyabrın 20-də başlayıb və 2022-ci il dekabrın 18-dək davam edəcək. Turnir beş şəhərin səkkiz stadionunda keçirilir. Final qarşılaşması “Milli Stadion”da baş tutacaq.

Mənbə: Goal

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri