28 
Noy
2022
21:55
301
29
5096
Virtual karabakh

DÇ-2022: Braziliya da qrupdan çıxmağı təmin etdi – YENİLƏNİB + VİDEO

28 Noy, 2022
21:55
5096

DÇ-2022: Braziliya da qrupdan çıxmağı təmin etdi – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gələn Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

Oxu.Az xəbər verir ki, oyunda yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb.

3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

21:41

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda Braziliya və İsveçrə milli komandaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyunda hesab açılıb. 

Matçın 83-cü dəqiqəsində Kazemiro Braziliyanın heyətində fərqlənib. 

21:03

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda Braziliya və İsveçrə milli komandaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyunda ikinci hissə başlayıb. 

Matçda hesab açılmayıb. 

20:48

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda Braziliya və İsveçrə milli komandaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyunda ilk hissə başa çatıb. 

Matçda hesab açılmayıb. 

20:01

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda Braziliya və İsveçrə milli komandaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyun saat 20:00-da start götürüb.

19:29

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda üz-üzə gələcək Braziliya və İsveçrə milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Kazemiro, Aleks Sandro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Fabian Rider, Cibril So, Bril Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri