Dek
2022
12:34
175
28
7202
Virtual karabakh

Ronaldu: “Ona dedim ki, ağzını yum...” - FOTO/VİDEO

3 Dek, 2022
12:34
7202

Ronaldu: “Ona dedim ki, ağzını yum...” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının üçüncü tur matçında koreyalı futbolçu ilə mübahisəsi barədə danışıb.

Forvardın sözlərinə görə, hadisə əvəzetmədən əvvəl qarşı tərəfin oyunçularından birinin ona meydanı tez tərk etməsini deməsindən sonra baş verib.

“Mən ona ağzını yummağı tövsiyə etdim, onun haqqı yoxdur, heç nə deməli deyil”, - deyə Ronaldu olanları danışıb.

O, əlavə edib ki, hakim ondan istəsəydi sürəti artırardı.

Portuqaliyalı forvard rəqiblə heç bir fikir ayrılığının olmadığını da qeyd edərək, bu emosional partlayışları oyunun intensivliyi ilə izah edib.

Qeyd edək ki, dekabrın 2-də futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Cənubi Koreya yığmasının oyunçularından birinin matç zamanı Ronaldunu təhqir etdiyini bildirib. O, əlavə edib ki, portuqaliyalı meydanı tərk edərkən rəqibə qəzəbli olub. Hücumçu görüşün 65-ci dəqiqəsində əvəzlənib.

Xatırladaq ki, qarşıdurma koreyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb, bunun sayəsində komanda H qrupunda ikinci yeri tutaraq çempionatın pley-off mərhələsinə yüksəlib. Cədvəldə birinci pillədə qərarlaşan portuqaliyalılar hələ noyabrın 29-da Uruqvayı məğlub etdikdən sonra 1/8 final mərhələsinə çıxmağı təmin edib.

Mənbə: O Jogo

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri