31 
Mar
2023
15:59
136
43
1420
Virtual karabakh

Azərbaycan cüdoçularından Böyük Dəbilqədə uğursuz start - YENİLƏNİB

31 Mar, 2023
15:59
1420

Azərbaycan cüdoçularından Böyük Dəbilqədə uğursuz start - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri Azərbaycan idmançıları üçün uğursuz başlayıb.

Oxu.Az xəbər verir ki, ilk gündə tatamiyə çıxan səkkiz idmançımız mübarizəni medalsız başa vurub.

Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Kişilərdən yalnız Nazir Talıbov (60 kq) medal əldə etməyə yaxın olub. 1/4 finalda məğlub olan 22 yaşlı cüdoçu təsəlliverici görüşdə də belçikalı Yorr Verstraetenə uduzub.

Qadın cüdoçular Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 1/32 final, Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.

Böyük Dəbilqəyə aprelin 2-də yekun vurulacaq.

10:40

Bu gün Antalyada cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.

Oxu.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın səkkiz idmançısı beş çəki dərəcəsində mübarizə aparacaq.

Nazir Talıbov (60 kq) 1/32 final mərhələsində çexiyalı David Pulkrabeklə qarşılaşacaq.

Kəramət Hüseynov (60 kq) 1/16 finalda Muhammadsoleh Quvatov (Tacikistan) - Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi ilə güləşəcək.

Yaşar Nəcəfov (66 kq) 1/32 finalda İtaliya idmançısı Fabio Basillə görüşəcək.

Böyük Dəbilqənin üçqat qalibi, Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 finalda Hekim Aqamammedov (Türkmənistan) - Antoni De Angelis (Latviya) cütlüyünün qalibini sınağa çəkəcək.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) 1/32 finalda Mariya Buyok (Ukrayna), Könül Əliyeva (48 kq) isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə güləşəcək.

Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda kanadalı Kelli Dequçi ilə görüşəcək. O, Kanada idmançısını məğlub edərsə, 1/16 finalda Cənubi koreyalı Kanq Yujeonqla qarşılaşacaq.

Fidan Əlizadə (57 kq) 1/32 finalda Yulia Kovalçuku (Polşa) sınağa çəkəcək. O, bu mübarizədən qalib ayrılsa, 2022-ci ildə Bakıda keçirilən Böyük Dəbilqəni qazanan Krista Dequçiyə (Kanada) rəqib olacaq.

Böyük Dəbilqəyə aprelin 2-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri