Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
AFFA Canni De Byazi ilə bağlı qərarını verdi - YENİLƏNİB
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.
“Report”un əldə etdiyi məlumata görə, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.
10:21
AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilir.
“Report”un məlumatına görə, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.
İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.
Canni De Byazi isə iclasda cəmi 10 dəqiqə iştirak edərək, oranı tərk edib.
Xatırladaq ki, bu, italyan məşqçinin ilk hörmətsizliyi deyil. Onun “aktiv”ində AFFA-nın iclasını da, mətbuat konfransını da tərk etmək, eləcə də oyundan sonra azərbaycanlı jurnalistlərə qarşı təhqiramiz sözlər işlətmək var.
"AFFA" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər