Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tarixin ən titullu futbolçularından birinə hökm oxundu - FOTO
“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşə zorlama işi ilə bağlı hökm oxunub.
Bu barədə “Instant Foot” xəbər verib.
Məlumata görə, o, 4,5 il həbs cəzasına məhkum edilib. Alveş həmçinin zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəməlidir.
Xatırladaq ki, yanvar ayında Dani Alveş Barselonada Sutton gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilib. Yanvarın 20-də keçmiş futbolçu saxlanılıb. Daha sonra Alveş bir neçə dəfə müvəqqəti zaminə buraxılıb.
Qeyd edək ki, 41 yaşlı müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçularından biridir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər