"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti" teqi üzrə xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli Fərmanı ilə yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti artıq fəaliyyətə başlayıb. Qurumun əsas məqsədi ölkədə azad rəqabət mühitinin formalaşdırılması, istehlakçı hüquqlarının müdafiəsi və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsidir.

Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində bazar subyektlərinin fəaliyyətində rəqabəti məhdudlaşdıran, yaxud aradan qaldıran hərəkətlər, habelə istehlakçıların hüquqlarını pozan hallar aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görüləcək. Eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə də ciddi nəzarət olunacaq.

Xidmət tərəfindən sahibkarlıq subyektlərinin fəaliyyətinin yoxlanılması, haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində işlər aparılır. Bazar araşdırmaları və monitorinqlər həyata keçirilir, aşkar olunan qanun pozuntuları aradan qaldırılır.

Antiinhisar Xidməti ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarların fəaliyyətinə əngəl törədən amillərin aradan qaldırılması istiqamətində səylərini davam etdirir. Qurumun fəaliyyəti nəticəsində istehlakçıların hüquqları daha etibarlı şəkildə qorunacaq, bazar iqtisadiyyatı prinsipləri və azad rəqabət mühiti daha da möhkəmlənəcək.