Dek
2021
11:46
74
31
1567
Virtual karabakh

Fuad Nağıyev: “Bu gündən turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir” - FOTO

7 Dek, 2021
11:46
1567

Fuad Nağıyev: “Bu gündən turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Azərbaycan turizmində mühüm addım atılır və ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesi ilə danışarkən məlumat verib.

O bildirib ki, bununla əlaqədar ilk dəfə sertifikatlaşdırılmanı həyata keçirəcək orqan təşkil edilib:

“Turizm bələdçisi çox vacib peşədir. Ümumi turizmin inkişafında xüsusi bir hissəni təşkil edir. Ölkədə peşəkar və bilikli bələdçilərə ehtiyac var. Biz beynəlxalq təşkilatlarla birgə müxtəlif dilli bələdçilərinin hazırlanması üçün əməkdaşlıq edirik. Yaradılan sertifikatlaşdırılma orqanı isə bundan sonra təlim və sertifikasiya işini yerinə yetirəcək. Bələdçilərə attestasiya sənədi veriləcək. Bu peşəkar bələdçilərin hazırlanmasında mühüm addımdır”.

O əlavə edib ki, hotellərin də sertifikasiyası uğurla davam edir - 17 hotelə ulduz dərəcəsi verilib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid prosesin ATB tərəfindən yeni yaradılmış TBSO vasitəsilə təşkil olunacağını diqqətə çatdırıb. Florian Zenqstşmid dünya standartları əsasında, nəzəri və praktiki biliklərlə hazırlanmış turizm bələdçilərinin Azərbaycanın təbliğatı istiqamətində faydalı olacağını qeyd edib.

Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini - baş direktor v.m.i.e Emin Zeynalov öz növbəsində Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.

Nigar Məmmədova
FOTO: Kərim Abbasov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri