17 
Sen
2018
11:06
197
20
5367
Virtual karabakh

Müdafiə Nazirliyi Paşinyanı ifşa etdi

17 Sen, 2018
11:06
5367

Müdafiə Nazirliyi Paşinyanı ifşa etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən üç Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinə münasibət bildirib. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xaosun hökm sürdüyü Ermənistanda, həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq, ona yalan məlumat verib. 

“Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq, onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır”, - deyə məlumatda qeyd olunur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri