Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan Putinlə görüşdən gözləntilərini açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib probleminin Rusiya və koalisiya ilə həllinin tərəfdarıdır və Rusiya prezidenti Vladimir Putinlə müsbət dialoqa ümid edir.
Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, bunu Ərdoğan təyyarədə Azərbaycan səfərində onu müşayiət edən jurnalistlərə açıqlamasında deyib.
“Tehran sammiti zamanı Putinin məsələyə daha müsbət yanaşmasını gördüm. İstəyirəm ki, o, bundan sonra da bu yanaşmanı davam etdirsin”, - o bildirib.
Ərdoğan əlavə edib ki, İdlib probleminin həllini ABŞ-ın rəhbərlik etdiyi koalisiya və Rusiya ilə tapmaq lazımdır.
“Biz yenə də Putinlə Suriya və İdlibi müzakirə edəcəyik. Əgər vəziyyət belə davam etsə, nəticə çox ağır olacaq. Bunun qarşısını almaq üçün Rusiya və koalisiya ilə qərar verməliyik”, - o qeyd edib.
Türkiyə prezidenti deyib ki, onun ölkəsinin ABŞ-la Suriya məsələsində fikir ayrılığı var.
Türkiyənin İdlib problemi ilə bağlı baxışına toxunan Ərdoğan Rusiyaya terrorçulara qarşı birgə fəaliyyət aparmağı təklif edib.
Rusiya və Türkiyə prezidentləri bu gün Soçidə bir araya gələcək.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan NATO rəhbəri ilə Ukrayna və Qəzzada nizamlanmanı müzakirə edib
- Putin Ərdoğanla beynəlxalq vəziyyəti müzakirə edib
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
- "Haber Global": "Türkiyənin COP29-dakı stendi böyük diqqət çəkir"
Rəylər