15 
Apr
2019
16:55
24
300
7935
Virtual karabakh

Moskvada Qarabağ müzakirəsindən sonra - BƏYANAT

15 Apr, 2019
16:55
7935

Moskvada Qarabağ müzakirəsindən sonra - BƏYANAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 15-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Görüşdə Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi iştirak edib. 

Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə edilən razılığın inkişaf etdirilməsi üçün görüş iştirakçıları sərhəddəki və cəbhə xəttindəki vəziyyəti, eləcə də, humanitar sahədə əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə ediblər. Həllin əsas aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini siyasi və diplomatik yollarla həll etmək üçün səylərini davam etdirmək niyyətini təsdiqləyiblər. Münaqişə bölgəsində vəziyyətin xüsusilə də kənd təsərrüfatı işi zamanı daha da sabitləşməsinə diqqət çəkilib.

Onlar tərəflərin ərazisində həbsdə olan şəxslərin yaxınları ilə görüşməsinə şərait yaradılması ilə bağlı qarşılıqlı razılaşma əldə ediblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən, KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı praktik işə başlamağa hazır olduqlarını bildiriblər.

Rusiya XİN başçısı və Minsk qrupunun həmsədrləri regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. Yığıncaq iştirakçıları yaxın gələcəkdə təmaslarını davam etdirməyə razılaşıblar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri