10 
Okt
2020
15:55
1240
121
4181
Virtual karabakh

Prezidentin köməkçisi: “Heç kim Azərbaycanla şərtlərlə danışa bilməz”

“Azərbaycan Respublikasının 30 ilə yaxın müddətdə işğal altında olan Cəbrayıl şəhəri və kəndləri, o cümlədən, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut yaşayış qəsəbəsi və ətraf kəndləri də işğaldan azad edilib”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, Ermənistan üçün böyük psixoloji zərbədir:

“Onlar bunun psixoloji zərbəsini yaşamaqdadırlar. Onlar başa düşməlidir ki, Azərbaycan işğal faktı ilə barışmayıb və heç zaman da barışmayacaq. İşğal olunan ərazilərimizi tam şəkildə işğaldan xilas etmək uğrunda mübarizəmiz davam edəcək.

Münaqişələr yalnız hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin yerlərdə qazandığı uğurları siyasi, diplomatik vasitələrlə də uğurlara çevirməliyik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında diplomatik cəbhədə də üstünlüyümüz davam edir”.

H.Hacıyev qeyd edib ki, bu günə kimi münaqişənin həllində Ermənistanın Baş naziri Nikol Paşinyan yeddi şərtlə çıxış edirdi:

“O israr edirdi ki, danışıqların formatı dəyişdirilməli və qondarma rejim danışıqlar prosesində iştirak etməlidir. Onlar Azərbaycana işğal nəticəsində yaradılmış qondarma rejimi və nəticələrini sanki qəbul etməyə çalışırdılar.

30 ildir danışıqlar prosesində onların bu kimi fəaliyyətinə göz yumurdular. Bu gün hərbi müstəvidə dəyişdirilmiş status-kvodan irəli gələrək, diplomatik status-kvo dəyişdirilir. Azərbaycanla heç kim şərtlərlə danışa bilməz”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri