25 
Okt
2020
08:25
2178
48
11231
Virtual karabakh

MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib - VİDEO

25 Okt, 2020
08:25
11231

MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusu Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələrini şəxsi heyət və hərbi texnikada itkilər verdirərək geri çəkilməyə məcbur edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri