13 
Apr
2021
14:18
19
560
5369
Virtual karabakh

Ermənistandan növbəti təxribat: İrəvan meri Xankəndiyə buraxılacaq?

13 Apr, 2021
14:18
5369

Ermənistandan növbəti təxribat: İrəvan meri Xankəndiyə buraxılacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvan meri Ayk Marutyanın Qarabağa qanunsuz səfəri barədə məlumat yayılıb.

Bu barədə “Sputnik” Ermənistan merin mətbuat katibi Akop Karapetyana istinadən yazıb.

A.Marutyanın Xankəndidə “həmkarı” David Sarkisyanla görüşəcəyi bildirilsə də, Azərbaycan tərəfinin icazəsi olmadan, sülhməramlıların nəzarətindəki əraziyə necə daxil olmağı planlaşdırdığı qeyd olunmayıb.

Belə ki, ərazidə sülhməramlı missiya icra olunsa da, xarici dövlətin rəsmi şəxslərinin bütün səfərləri istənilən halda Azərbaycanla razılaşdırılmalıdır. Ayk Marutyanın rəsmi Bakının icazəsi olmadan iddia olunduğu kimi Qarabağa səfəri isə Ermənistanın növbəti təxribatı olmaqla yanaşı, sülhməramlı missiyanın imicinə də növbəti zərbə ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri