Avq
2022
12:49
60
1213
22319
Virtual karabakh

Laçında şəhid olan əsgərimiz doğulduğu kənddə dəfn olunacaq - YENİLƏNİB + FOTO/VİDEO

3 Avq, 2022
12:49
22319

Laçında şəhid olan əsgərimiz doğulduğu kənddə dəfn olunacaq - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu Şəmkir rayonunda dəfn olunacaq.

Bu barədə Oxu.Az-a Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Qaracəmirli kəndindən olan şəhid elə kənd qəbiristanlığında torpağa tapşırılacaq. Dəfn mərasiminin sabah saat 12:00 üçün planlaşırıldığı bildirilib. 

Onu da qeyd edək ki, şəhid A.Kazımovdan başqa ailənin iki övladı var.

12:18

Bu gün şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, A.Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndidə doğulub. 

O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 

Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

11:44

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Aqil Vəlili, Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri