30 
Mar
2024
20:11
38
350
3616
Virtual karabakh

Xocalıda qalıqları aşkarlanan iki nəfərlə vida mərasimi keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

30 Mar, 2024
20:11
3616

Xocalıda qalıqları aşkarlanan iki nəfərlə vida mərasimi keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meytinin qalıqları tapılan Əli Cavadov və Şiraslan Nəcəfovla 32 ildən sonra vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, vida mərasimi Xocalıdan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Goranboyda baş tutub.

Qeyd edək ki, Xocalı faciəsi zamanı şəhid olan hər iki sakinin ailəsi Goranboy rayonunda məskunlaşıb. Üç qız, üç oğul atası olan Əli Cavadov 39 yaşında, səkkiz övladı olan Şiraslan Nəcəfov isə 40 yaşında öldürülüb. Onlar həm də yeznə-qayın olublar.

Sabah onların nəşi Xocalı şəhərinə aparılaraq orada torpağa tapşırılacaq.

Xatırladaq ki, Xocalı faciəsi zamanı itkin düşən hər iki şəxsin qalıqları, azad Xocalıda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı aşkarlanıb.

Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmçinin tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

14:38

Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkar olunması barədə Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı üç şəxsə məxsus olması müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri