Suriyanın Afrin bölgəsində terroçuların açdığı atəş nəticəsində Türkiyənin bir əsgəri şəhid olub, 5-i yaralanıb.
Oxu.Az “Haber7”yə istinadən xəbər ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Terrorçuların atdığı raket bölgədə yerləşən Burseya dağının ətəklərində olan müşahidə qülləsinə düşüb.
Yaralanan əsgərlər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis Dövlət xəstəxasına yerləşdiriliblər.
N.H.
www.oxu.az
Rəylər