ABŞ-da iyulun 31-də 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Qrup üzvlərindən 17-si həbs edilib, səkkizi barədə isə axtarış elan olunub.
Oxu.Az ABŞ KİV-ə istinadla xəbər verir ki, aralarında dörd azərbaycanlının da olduğu qrup üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulların yuyulmasında ittiham olunub.
ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, araşdırmalarda Federal Təhqiqatlar Bürosunun, Gömrük-sərhəd xidmətinin, Nyu-York polisinin və Federal İmmiqrasiya və Gömrük İdarəsinin polis əməkdaşları iştirak edib.
Saxlanılan şəxslər dələduzluqla bağlı 20 il müddətinə, çirkli pulların yuyulması ilə bağlı 30 il müddətinə azadlıqdan məhrum edilə bilər. Məhkəməyə qədər isə onlar təqsirsiz hesab edilir.
Həmin gün Nyu-Yorkda saxlanılan digər 11 nəfər arasında da üç azərbaycanlı olub – 30 yaşlı Sərxan İmamverdiyev, 30 yaşlı Elvin Cavadzadə, 23 yaşlı Dürrə Mehdiyeva.
Manhettonun federal hakimi Ceyms Kottun saxlanılan şəxsləri ittihamla tanış edib.
İttihamlara əsasən, 2016-cı ilin noyabrından 2018-ci ilin iyulunadək qrup üzvləri bahalı avtomobil almaq istəyən şəxslərdən əldə etdiyi pulları okeanın digər hissəsinə göndəriblər.
Qrup üzvləri özlərini avtodiller və ya nadir avtomobillərin kolleksiyaçısı kimi təqdim edir, avtomobillərin satışı ilə bağlı tanınmış internet-hərraclarda və ticarət portallarında elanlar yerləşdirirdilər. Onlar tələyə saldıqları insanlarla avtomobilin dəyəri və şərtləri ilə bağlı danışdıqdan sonra avans və avtomobilin alıcının evinə çatdırılması üçün pul alırdılar.
Nyu-Yorkun Cənub dairəsinin federal prokuroru Ceffri Berman bəyan edib ki, ölkədə bu cür şirkətlərin sayı yüzlərlədir. FTB-nin Nyu-York bölməsinin rəhbəri Uilyams Suini isə əlavə edib ki, zərərçəkmişlər bu şirkətləri qanuni diller hesab edib, ancaq onlar dələduz çıxıblar.
Dələduzlar pulların şirkətlərin hesabına yatırılmasını gözləyirdi. Pullar yatırıldıqdan sonra onlar hesabdan eyni gündə fərqli banklardan fərqli həcmdə pulları çıxarırdılar. Dəstə üzvləri, əsasən, bir bankdan 10 min dollardan az məbləğ çıxarırdı ki, məsələ ilə bağlı vergi xidmətinə məlumat verilməsin.
Əldə olunan məbləğlər ABŞ-dan Şərqi Avropa ölkələrinə göndərilirdi. Qurbanlar dəyərini ödədiyi avtomobilləri əldə edə bilmirdilər. Bir çoxları həmin pulları geri qaytara bilməyib, bəzilərinə isə nadir avtomobillər əvəzinə bazarda mövcud olan və satılmayan maşın təqdim olunurdu.
Prokurorluğunun məlumatında zərərçəkmişlərin sayı, avtomobillərin markaları və dəyərləri açıqlanmır. Məlumatda bildirilir ki, ümumilikdə dələduzlar bu işdən 4,5 milyon dollar qazanıblar.
Name | Age | Nationality | Residence |
ASHIROVA | 27 | Kazakhstan | Brooklyn |
ELIOZASHVILI | 44 | Georgia | Brooklyn |
IMAMVERDIYEV | 30 | Azerbaijan | Brooklyn |
INADZE | 37 | Georgia | Brooklyn |
JALOLOVA | 23 | Kazakhstan | Brooklyn |
JAVAZADE | 30 | Azerbaijan | Brooklyn |
LEVINSKI | 23 | United States | Brooklyn |
KHUKIASHVILI | 63 | Georgia | Brooklyn |
KHUDAIBERGENOVA | 48 | Kazakhstan | Brooklyn |
KALINITCHEV | 62 | Ukraine | Brooklyn |
MEHDIYEVA | 23 | Azerbaijan | Brooklyn |
NAZINA | 29 | Ukraine | Brooklyn |
PAPOSHVILI | 43 | Georgia | Brooklyn |
SEPIASHVILI | 64 | Georgia | Brooklyn |
STASOVSKIY | 58 | Russia | Brooklyn |
YAZICI | 36 | Turkey | Brooklyn |
PUKE | 31 | Latvia | Delray Beach, FL |
VITOLS | 29 | Latvia | Delray Beach, FL |
DEDUSEV | 29 | Russia | Los Angeles |
LISITSKIY | 30 | Russia | Los Angeles |
LIVADNYI | 39 | Russia | Los Angeles |
TUPIKIN | 32 | Russia | Los Angeles |
MOROZOV | 29 | Russia | Moscow |
STARIKOV | 34 | Russia | Moscow |
Rəylər