Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Koçaryan Paşinyanı diktator adlandırdı
Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı diktator adlandırıb.
Oxu.Az xəbər verir ki, Koçaryan “Yerevan Today” nəşrinə müsahibəsində xüsusi xidmət orqanları rəhbərlərinin telefon söhbətini məhkəmə sisteminə təzyiq kimi qiymətləndirərək barəsində qaldırılan cinayət işinin siyasi təqib olduğunu bildirib.
Paşinyanın siyasi rezonans doğura biləcək həbslərə görə məsuliyyət daşıması barədə dediklərini xatırladan sabiq prezident bu bəyanatı Paşinyanın diktator meyllərinin əlaməti hesab etdiyini vurğulayıb:
“İndi mən Ermənistan xalqını yeni diktator qazanması münasibəti ilə təbrik etməliyəm? Böyük şübhələrim var. Xalq anlamalıdır ki, baş verənlərin nəticələri Ermənistana baha başa gələcək. Baş nazir həbslərə görə məsuliyyəti üzərinə götürür, halbuki konstitusiyaya əsasən buna hüququ yoxdur”.
Rəylər