28 
Sen
2018
09:50
147
38
11691
Virtual karabakh

Atalarını öldürən Xaçaturyan bacıları ilə bağlı qərar açıqlandı - VİDEO

28 Sen, 2018
09:50
11691

Atalarını öldürən Xaçaturyan bacıları ilə bağlı qərar açıqlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Basman rayon məhkəməsi istintaqın vəsatətini təmin edib və atalarının ölümündə şübhəli bilinən Xaçaturyan bacılarını azadlığa buraxıb. 

Oxu.Az “Life” nəşrinə istinadla xəbər verir ki, 17 yaşlı Mariya, 18 yaşlı Angelina və 19 yaşlı Kristinaya qarşı qətimkan tədbiri dəyişdirilib. 

Hüquq müdafiəçisi Aleksey Lipşerin sözlərinə görə, qətimkan tədbirinin dəyişdirilməsinə səbəb istintaqın başa çatması və bütün şahidlərin dindirilməsi olub. 

Xaçaturyan bacılarının vəkili Aleksey Parşinin sözlərinə görə, müəyyən hərəkətlərin qadağan edilməsi qızların mənzillərini saat 21:00-dan 07:00-dək tərk etməməsi deməkdir. 

O bildirib ki, bacılar qohumları tərəfindən onlara verilən üç mənzildə qalacaqlar. Bacılar saat 07:00-dan 21:00-dək mağazalara və digər ictimai yerlərə gedə bilərlər. 

Məhkəmənin qərarına əsasən, bacılara bir-biriləri ilə əlaqə qurmaq qadağan edilib. Onlar yalnız təcili yardım, hüquq-mühafizə, qəza-xilasetmə xidmətlərinə və vəkillərinə zəng edə bilər. 

Vəkil bacılara nəzarət etmək üçün elektron qolbağlardan istifadəni istisna etməyib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri