İyn
2019
17:23
17
199
3759
Virtual karabakh

Paşinyan Putindən “nə isə böyük bir şey” almaq istəyir

7 İyn, 2019
17:23
3759

Paşinyan Putindən “nə isə böyük bir şey” almaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Rusiya prezidenti Vladimir Putinlə Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində baş tutan görüşdə tərəflər yeni silahların tədarükü məsələsini müzakirə edib.

Bununla bağlı “RİA Novosti” məlumat yayıb. 

Onun sözlərinə görə, Yerevan və Moskvada artıq “hansısa razılıqlar” var.

O, xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın yaxşı vəziyyətinə diqqət çəkib və iki ölkə arasında bu sənaye sahəsində əlaqələrin bərabər inkişaf etdiyini bildirib.

Jurnalistlərin yeni “İsgəndər-M” raketlərinin Ermənistana tədarükü ilə bağlı sualını cavablandıran Paşinyan deyib ki, respublikada bu komplekslər kifayət qədərdir. 

“Ancaq biz başqa şeyə ümid edirik. Böyük bir şeyə”, - o deyib.  

Mayın əvvəlində məlum olub ki, Ermənistan Rusiyadan modernləşdirilmiş Su-30SM qırıcılarını almağa başlayıb. Ermənistan Baş naziri o zaman deyib ki, təyyarələrin tədarükü hər kəsə məlum faktdır, ancaq o, alınan digər silahlarla bağlı heç bir məlumat verməyib. 

Fevralda ölkənin Müdafiə naziri David Tonoyan bəyan edib ki, 100 milyon dollarlıq kredit reallaşdıqdan sonra Ermənistan yeni silahlar almaq üçün Rusiyadan növbəti kredit almaq niyyətindədir. Bu kredit 2017-ci ildə üç il müddətinə verilib və Ermənistan bu borcu 2022-ci ilədək ödəməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri