25 
Dek
2019
22:28
41
84
7593
Virtual karabakh

Kraliça Elizabetin hirsi soyumayıb - VİDEO

25 Dek, 2019
22:28
7593

Kraliça Elizabetin hirsi soyumayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyada kral ailəsi üçün bu il Milad bayramı həmişəki illərdən fərqlənib.

Belə ki, II Elizabet saraydan bir neçə ən yaxın qohumunu xaric edib.

Bu barədə “Ren TV” xəbər yayımlayıb.

Bildirilir ki, xaric edilənlər arasında şahzadə Harri də var. Onun şəkli kraliçanın ənənəvi Milad təbriklərini yazdığı və üzərində ailə üzvlərinin fotosu olan masadan götürülüb.

Bundan başqa, Harrinin xanımı Meqanın və oğlanları Arçinin də şəkli orada görünməyib. Həmçinin, cinsi istismar qalmaqalında adı çəkilən şahzadə Endryunun fotosu da masadan yoxa çıxıb.

Kraliçanın onları öz həyatından sadəcə sildiyi hesab olunur.

Sevimli nəvəsi və xanımına olan incikliyi isə Meqan Marklın kral ailəsində yaşamağın çətin olduğu barədə verdiyi müsahibə ilə əlaqələndirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri