Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elizabet şahzadəni tituldan məhrum edir – Pulları büdcəyə qaytarmalı olacaq
Şahzadə Harri və Meqan Markl titullarından məhrum ediləcəklər.
Bu barədə Bukinhem sarayının saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, cari ilin yazından etibarən cütlük krallıq vəzifələrini yerinə yetirməyəcək, eləcə də “Zati-aliləri” deyə adlandırılmayacaqlar. Eyni zamanda, onlara rəsmi tədbirlər üçün vəsait ayrılmayacaq.
Harri və Meqan özlərinin Froqmor-kottecinin təmiri üçün büdcədən ayrılmış 2,5 milyon funt sterlinqi (5,5 mln manat) xəzinəyə qaytarmalı olacaqlar.
Xatırladaq ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.
Rəylər