Böyük Britaniya kraliçası II Elizabet şahzadə Harriyə və Meqan Markla “Sasseks hersoqları” titulundan və “kraliyyət” sözündən kommersiya məqsədləri üçün istifadə etmələrini qadağan edib.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“Meqan Markl və şahzadə Harri “kral ailəsinin böyük üzvləri” vəzifələrindən imtina etdikləri və maddi cəhətdən müstəqil olmaq istədiklərini ifadə etdikləri üçün bundan sonra “kraliyyət” sözünün bu kontekstdə istifadəsinə yenidən baxılması lazım olacaq. Danışıqlar hələ davam edir” - deyə nəşr yazıb.
Söhbət əsasən Harri və Meqanın Kanadaya köçdükdən sonra yaratdıqları “Sussex Royal”, “The Foundation of the Duke and Duchess of Sussex” qeyri-kommersiya xeyriyyə təşkilatının adından gedir.
Cütlük ailələri üçün yeni saytın yaradılmasına külli miqdarda pul xərcləyib. Bundan başqa, onlar geyim, dəftərxana ləvazimatları və kitablar daxil olmaqla bir sıra məhsullara ticarət markası kimi “Sussex Royal” unvanını qeyd etmək istəyirdilər. Aydındır ki, onlar indi geniş miqyaslı rebrendinq aparmalı olacaqlar. Cütlüklərin 11 milyon izləyicisi olan @sussexroyal “Instagram” səhifələrini də eyni aqibət gözləyir.
Meqan və Harri çox kədərləndiklərinə baxmayaraq, kraliçanın qərarı ilə razılaşdıqlarını bildiriblər.
Onlar ümid edirdilər ki, yeni həyatlarında kraliyyət titullarından istifadəyə davam edə bilərlər.
Rəylər