20 
Fev
2020
09:52
15
112
1884
Virtual karabakh

“Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanlardan ikisi öldü

20 Fev, 2020
09:52
1884

“Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanlardan ikisi öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya sahillərində lövbər salan “Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxan xəstələrdən ikisi ölüb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Həmin şəxslər Yaponiya xəstəxanalarının birində vəfat ediblər. Onlar 80 yaşlarında kişi və qadın olublar.

Xatırladaq ki, “Diamond Princess” gəmisi fevralın 5-də bəzi sərnişinlərdə koronavirus əlamətləri müəyyən edildikdən sonra Yaponiyanın Yokohama limanında karantində saxlanılıb.

Gəmidə ümumilikdə 50-dən çox ölkədən təxminən 3,7 min sərnişin olub. Onların 600-dən çoxu virusa yoluxub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri