61 yaşlı dünya şöhrətli pop ulduz Madonna “Billboard Dance Club Songs” cədvəlinin ilk pilləsində yer alıb.
Oxu.Az xəbər verir ki, Londonda olan müğənni dostlarını və sevgilisi başına yığaraq, bu hadisəni təmtəraqla qeyd edib.

Sənətçi dəbdəbəli gecədən lentə alınan görüntüləri sosial media səhifəsində paylaşıb. Dostları ilə əylənən Madonna 25 yaşlı rəqqas Ahlamalik Uilyamsla “party”də bir araya gələrək, birincilik şərəfinə onunla birlikdə tort da kəsib.
Посмотреть эту публикацию в InstagramYayılan xəbərlərə əsasən, Madonna Ahlamaliklə eşq yaşayır. Pop ulduz şəxsi həyatındakı dəyişikliklərlə bağlı açıqlama verməyə tələsmir. Lakin sənətçinin rəfiqəsi, aktrisa Debi Meyzar Madonna və Uilyamsı cütlük adlandırıb.
Rəşad Əliyev
"Madonna" teqi üzrə xəbərlər
- Teylor Svift Beyonseni geridə qoydu
- FIFA-dan qalmaqallı qərar: Dünya çempionatının finalında fasilə niyə uzadılır?
- DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
- Castin Biber DÇ-2026-nın final oyununun fasiləsində çıxış edəcək
- Madonna "Çelsi"nin yeni formasını nümayiş etdirdi - FOTO - VİDEO
Digər xəbərlər


