ABŞ Prezidenti Donald Tramp hidroksixloroxin adlı malyariya əleyhinə preparatı “göydən gələn bəxşiş” adlandırmaqla təriflədikdən sonra, ölkədə ona tələbat 46 dəfə artıb.
“The New York Times” nəşri bildirir ki, Tramp martın 19-da Ağ Evdə mətbuat konfransı zamanı hidroksixloroxinin koronavirusun müalicəsində kömək etdiyini dedikdən dərhal sonra amerikalılar bu dərmanı almaq üçün apteklərə axışıblar.
Özü də malyariya əleyhinə preparata reseptlərin əksəriyyətini infeksiya xəstəlikləri ilə heç bir əlaqəsi olmayan həkimlər – ortoped, revmatoloq, kardioloq, dermatoloq və hətta psixiatrlar yazıblar. NYT bildirir ki, aprel ayında ajiotaj bir qədər zəifləsə də, apteklərdə hələ də ona tələbat kifayət qədər yüksəkdir.
Qeyd edilir ki, hidroksixloroxinin COVID-19-un müalicəsində effekti sübut olunmayıb, bu səbəbdən də mütəxəssislər onu koronavirus əleyhinə məsləhət görə bilməzlər.
Rəylər