Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hikmət Hacıyev: “AŞPA islamofobiyanı təşviq edir” - VİDEO
“Avropa Şurası Parlament Assambleyası (AŞPA) islamofobiyanı təşviq edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib.
“Biz çoxtərəfli böhran yaşayırıq. Beynəlxalq təşkilatların qarşısında duran öhdəlikləri icra etməməsi əsas problemlərdəndir. Məsələn, COVID-19-un vurduğu ziyanların qarşısı tam alınmamışdı. Azərbaycan isə koronavirus pandemiyası ilə mübarizədə öz töhfəsini verdi”, - Prezidentin köməkçisi qeyd edib.
Hikmət Hacıyev AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinə də diqqət çəkib:
“AŞPA islamofobiyanı təşviq edir. Azərbaycan isə stabil regionun qurulması üçün çalışır. Bu, BMT konsepsiyası əsasında qurulacaq”.

"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Prezident: "Azərbaycanla İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər"
- Muxtar Babayev: "Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələlərdəndi"
- BMT rəsmisi: "Qlobal Cənub QHT Platforması müstəmləkəçiliyə qarşı birgə mübarizə müstəvisidir"
- Kuala-Lumpur meri: "Azərbaycanın mövqelərin konsolidasiyası təşəbbüsü yüksək qiymətə layiqdir"
- BMT-də Suriyanın yeni bayrağı qaldırıldı