Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çin ÜST-ə koronavirusun yaranma səbəblərini araşdırmağa imkan vermir
Çin höküməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranma səbəblərinin araşdırılmasında iştirak etmək istəyi ilə bağlı müraciətlərini rədd edir.
“Sky News” xəbər verir ki, bunu təşkilatın Çin üzrə nümayəndəsi Qoden Qalea bildirib.
O, əlavə edib ki, yeni epidemiyaların qarşısını almaq üçün ÜST koronavirusun yaranma səbəblərini bilməlidir.
“Çinin artıq araşdırma apardığından xəbərdarıq. Lakin biz dəvət edilməmişik. Buna baxmayaraq, yenə də müraciət edirik, lakin cavab görmürük”, - deyə təşkilatın nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Çin ÜST-ə koronavirusun yayıldığı Uhan şəhərində yerləşən iki virusoloji laboratoriyanın müvafiq sənədlərini təqdim etməyib.
"Çin" teqi üzrə xəbərlər
- Çində zəlzələ baş verib
- Çin hərbi robotların idarə edilməsi üçün 5G rabitə sistemi hazırlayıb
- Çin məhkəməsi məktəblini qətlə görə ömürlük həbs cəzasına məhkum edib
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
Rəylər