May
2021
11:33
12
279
6455
Virtual karabakh

Metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə yüksəldi - YENİLƏNİB + VİDEO

4 May, 2021
11:33
6455

Metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə yüksəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün qatarla birgə uçması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib.

“İzvestiya” nəşri xəbər verir ki, bu barədə Mexiko şəhərinin meri Klaudiya Şeynbaum məlumat verib.

O qeyd edib ki, xəsarət alanlardan 49-u xəstəxanalara yerləşdirilib. Yaralılardan yeddisinin vəziyyəti ağırdır.

09:48

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində altı nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Bu barədə “Universal” nəşri qəza-xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, qəza paytaxtın cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri