16 
Noy
2021
08:58
29
138
2906
Virtual karabakh

Avstriyada koronavirusdan peyvənd olunanlara gecə evdən çıxmaq yasaqlanacaq

16 Noy, 2021
08:58
2906

Avstriyada koronavirusdan peyvənd olunanlara gecə evdən çıxmaq yasaqlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyada COVID-19-a qarşı peyvənd olunanların gecələr evlərini tərk etmələri qadağan oluna bilər.

Bu barədə Avstriya Səhiyyə Nazirliyinin rəhbəri Volfqanq Myukşteyn bildirib.

Onun sözlərinə görə, bu, hakimiyyət tərəfindən müzakirə olunan tədbirlər paketinin yalnız bir hissəsidir. Əlavə tədbirlər haqqında qərar çərşənbə günü, noyabrın 17-də qəbul edilə bilər.

“Bu tədbir də müzakirə olunur. Mütəxəssislər bunu mənə tövsiyə edir, onlarla razıyam... Gecələr peyvənd olunmuş şəxslərin də evdən çıxmasına məhdudiyyətlər olacaq”, - deyə nazir bildirib.

Myukşteyn əlavə edib ki, Avstriyada hamı pandemiya ilə “eyni qayıqda” mübarizə aparır. Onun sözlərinə görə, müəyyən məhdudiyyətlər ümumi lokdaundan qaçmağa kömək edə bilər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri