Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Lukaşenko: “Ermənistanın çıxış yolu yoxdur”
Aleksandr Lukaşenko hesab edir ki, keçmiş sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya ittifaq dövlətinə qoşula bilər.
67 yaşlı siyasətçi bu barədə rusiyalı jurnalist Vladimir Solovyovun “YouTube”da yayımlanan “Solovyov Live” verilişinə verdiyi eksklüziv müsahibəsində söyləyib.
A.Lukaşenko əlavə edib ki, Belarus artıq bu ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstanda “yaxşı dərs” verilib.
O qeyd edib ki, əgər səhvlərə yol verməsə, Ukrayna da 15 il ərzində bu “təhlükəsizlik məkanında” yer ala bilər.
“Ermənistanın çıxış yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər. Azərbaycan bu dəstədən çıxır, çünki, biz də çox səhvlər etmişik. Bu ayrıca söhbətdir. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Türkiyə vasitəsilə neft və qaz keçir. Türkmənistan, Özbəkistan və Tacikistan da öz ehtiyaclarına görə, ilk növbədə, iqtisadi baxımdan qoşulacaqlar”, - deyə Belarus prezidenti bildirib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
Rəylər