Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməniləri dəhşətə salan qorxu: Azərbaycanlılar gəlib, ölkədən qaçmaq lazımdır… - VİDEO
Ermənilərin tarixən türk, azərbaycanlı düşmənçiliyi, bu nifrət hissinin çatdığı ifrat həddi hər birimizə bəllidir. Lakin bu xalqda bizə qarşı daha bir hiss var ki, ermənilər onun mövcudluğunu nə qədər gizlətməyə çalışsalar da yenə də özünü büruzə verir.
Bu hissin adı qorxudur. Xüsusən 44 günlük müharibədə erməni faşizminə endirilmiş ağır zərbə, necə deyərlər düşmənin “başının əzilməsi” bir çox erməniləri qorxuya salıb. Hətta onlar qorxmaq üçün artıq “xəyali” azərbaycanlıları da tapıblar.
Belə ki, Ermənistanın Araqotsotn (Əştərək) əyalətinin sakinlərinin qorxudan nə gecəsi, nə də gündüzü qalmayıb. Onlar artıq kəndlərini “ələ keçirən” azərbaycanlıların qorxusundan rahatlıq tapa bilmirlər.
Əslində isə ermənilərin canına elə bir qorxu düşüb ki, onları narahat edən hər bir problemi azərbaycanlıların ayağına yazmağa çalışırlar. Təbii ki, burada qorxudan ağlını itirmək fikrini də istisna etmirik.
Adı çəkilən rayonun sakinləri hətta yerli mətbuata da danışıblar ki, azərbaycanlılar demək olar ki, əyalətin yarısını pulla alıblar. Əslində bunu sübut edəcək bir fakt belə yoxdur, ancaq böhtan atmaq da elə qorxaqların ilk sarılacağı işdir.
Məşhur yazıçı Daniel Defonun dediyi kimi, təhlükə qorxusu təhlükənin özündən on min dəfə qorxuludur.
Görünür ermənilər də təhlükənin qorxusundan özlərinə yer tapa bilmirlər. Azərbaycanın qüdrətinin ermənilərə gətirdiyi təşviş onların xəyallarında da öz əksini tapır ki, bəs azərbaycanlılar artıq bizim torpaqlarımızı əlimizdən alır.
Real mənzərə isə yenə də ermənilərin necə riyakar olduğunu ortaya qoyur. Çünki öz ölkəsində mövcud səfalətdən, acınacaqlı yaşayış şəraitindən bezən ermənilər Ermənistandan qaçır. Bu zaman isə ev-eşiklərini qarşılarına ilk çıxan şəxsə satırlar. Əştərək ərazisində baş verən hadisədə də əslində əraziləri pulla alan şəxsin ərəb mənşəli olduğu məlum olub. Sadəcə ermənilər öz qaçışlarına don geyindirmək istəyirlər və bu zaman da “xəyali azərbaycanlıları” bəhanə etmək ən yaxşı, eyni zamanda ən hiyləgər seçimdir.
Ancaq bütün bunlar nəticəni qətiyyən dəyişmir. Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür (Bernard Şou) və ermənilərin atdıqları addımlar onların bu köləliyi ruhlarına qədər hiss etdiklərini göstərir. Əks halda onların təxəyyülü bu qədər uzağa gedib çıxa bilməzdi.
İkinci məqam isə ölkələrindən qaçmaq həvəsləridir. Rusiyaya ya başqa bir ölkəyə bir tikə çörək arxasınca qaçmağa sadəcə məcburdurlar. Çünki dövlətlərinin və xalqın rəhbər tutduğu faşist ideologiyalar illər ərzində onları bu səfalətə məcbur qoyub. Erməni xalqı yaşamaq üçün bu torpaqlardan qaçmağa başlayıb.
Səbəbi istər Azərbaycanın qüdrətinin qorxusu olsun, istərsə də aclıq və səfalət - ermənilər Ermənistandan qaçır. Bunu ermənilərin apardığı statistik araşdırmalar da sübut edir.
Son illər də ölkəni tərk edənlərin sayı sürətlə artır, hətta pandemiya səbəbilə sərhədlərin bağlı olduğu dövrdə belə bu rəqəmlər kifayət qədər ciddi saya çatıb.
44 günlük müharibənin ermənilərin psixologiyasına vurduğu zərbə də artıq bu işə cəlb olunub. Ermənilər qorxur və bu qorxu onların gülünc, rüsvayçı iddialarına zəmin yaradır. Erməni xislətini gizlədə bilməyənlər isə bu qorxudan ölkədən qaçmaq üçün tramplin kimi istifadə edir.
Ancaq ermənilərin qorxuları əsassızdır. Bizim heç kimin torpağında və malında gözümüz yoxdur. Təbii ki, o torpaqlar həqiqətən bizim deyilsə…
Artıq ermənilər də bilir ki, Azərbaycanın Ermənistana nəyisə güzəştə getməyi mümkünsüzdür. Masada və meydanda güclü, qüdrətli tərəf Azərbaycandır və istədiyi zaman ədalətin təntənəsinə nail ola bilər.
Elə erməniləri bürüyən bu qorxunun bir səbəbi də məhz Azərbaycanın ortaya qoyduğu bu mövqedir. Çünki ermənilər özləri də yaxşı bilir ki, gec-tez istənilən mövzuda ədalət zəfər çalır. Azərbaycan isə öz ədalətli mövqeyini hər zaman qoruyub saxlayıb.
Bu baxımdan Ermənistandan qaçanlar da, Azərbaycan xalqının kölgəsindən qorxanlar da, “xəyali azərbaycanlı”lardan narazılıq edən ermənilər də hələ çox peyda olacaq. Hələ riyakarlıq və faşizmi özündə birləşdirən ermənilərin yuxusu çox ərşə çəkiləcək. Azərbaycan düşmənçiliyi və erməni xislətindən tam təmizlənənə qədər…
Orxan Tağıyev