Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qətlə yetirdiyi şəxsin cinsiyyət orqanını kəsdi
Bakıda Müsavat Partiyasının fəalı Natiq Mehdinin qətlində ittiham olunan Elsevər İslamovun ilk məhkəmə baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda müəyyən anket məlumatları dəqiqləşdirildikdən sonra dövlət ittihamçısı, təqsirləndirilən sabiq məktəb direktorunun müavininə ittiham aktı elan edib. Hakim Elsevər İslamovu ittiham olunduğu maddələr üzrə 15 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum edilə biləcəyi ilə bağlı məlumatlandırıb. Təqsirləndirilən şəxs özünü ittiham üzrə qismən təqsirli bilib.
Qeyd edək ki, hadisə 2024-cü il mayın 14-də Bakının Xətai rayonu ərazisində yerləşən 55 saylı orta məktəbdə baş verib. Orada mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə mayın 9-da polisə məlumat daxil olub.
Mayın 14-də Müsavat Partiyasının fəalı Natiq Mehdinin öz iş yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllüdlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
İttihama görə, Elsevər İslamov Natiq Mehdi ilə mübahisə zamanı ona çoxsaylı yumruq və təpik zərbəsi endirdikdən sonra mətbəx bıçağı ilə də ona ağır zərbələr endirərək qətlə yetirməkdə şübhəli bilinib. Təqsirləndirilən bundan sonra meyitin üzərində təhqiredici hərəkətlər edərək onun qol, ayaq və baş hissələrini kəsib ayırmaqla yanaşı, cinsiyyət orqanını da kəsərək, sellofan torbalara yığıb, Xəzər rayonunun ərazisində basdırıb.
Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin olunub.
Elgün Həsənli
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Rusiyada generalı qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanov HƏBS EDİLDİ
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı
- Hərbçini qətlə yetirən şəxsə hökm oxundu
- Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Rəylər