İyn
2022
17:07
553
58
3062
Virtual karabakh

Türkiyə “Bayraktar”ları Litvaya hədiyyə edəcək - YENİLƏNİB + FOTO

2 İyn, 2022
17:07
3062

Türkiyə “Bayraktar”ları Litvaya hədiyyə edəcək - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Baykar” şirkəti Litvaya “Bayraktar TB2”ləri hədiyyə edəcək. 

“Baykar” şirkəti Litvaya “Bayraktar TB2” hədiyyə edəcək və toplanan məbləğin humanitar yardım üçün Ukraynaya göndərilməsini istəyəcək”, - deyə şirkətin “Twitter” hesabında qeyd olunub. 

Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas isə Türkiyənin bu jestinə görə təşəkkürünü bildirib:

“Bu, inanılmazdır. Az öncə Türkiyə Litva xalqının almaq üçün pul yığdığı “Bayraktar”ı təmənnasız şəkildə verməyə razılaşıb. Bu, möhtəşəmdir! Toplanan pula “Bayraktar” üçün lazım olan sursat alacağıq, qalan pul da Ukraynaya dəstəyə yönləndiriləcək. Təşəkkürlər, Türkiyə!” - deyə o bildirib.

13:06

Çərşənbə günü Litva və Türkiyə nümayəndələri Ankarada Litvaya “Bayraktar” döyüş PUA-ları almağa icazə verən müqavilə imzalayıblar.

Ölkə bu cür pilotsuz uçan aparatı və digər avadanlıqları “Laisves TV”nin təşəbbüsü çərçivəsində sakinlərin topladığı pulla alacaq. Bu təşəbbüs alınan PUA-ların Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya verilməsini nəzərdə tutur.

Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilyus Semeşka və Türkiyə Müdafiə Sənayesi Agentliyinin rəhbəri imzalayıblar.

“Biz müqavilə imzaladıq. Bu, siyasi səviyyədə gələcək satınalmalar üçün yaşıl işıq deməkdir”, - deyə Semeşka bildirib.

Cümə axşamı o, “Bayraktar” dron şirkətinin rəhbəri ilə görüşəcək.

Xəbər verdiyimiz kimi, Litvada üç gün ərzində Ukrayna üçün “Bayraktar TB2” pilotsuz təyyarəsinin alınması üçün beş milyon avro toplanılıb.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri