Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ərdoğan: “Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər?”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə rəsmi səfərə gələn venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransında maraqlı açıqlamalar verib.
O, Yuynanıstan və Fransa ilə yaşanan gərginlikləri xatırladaraq, İsveç və Finlandiyanın təşkilata üzv olmasını məhz bu səbəbdən istəmədiklərini bildirib.
“Bildiyiniz kimi, İsveç PKK/PYD/YPG kimi terror təşkilatlarının tüğyan etdiyi bir ölkədir. Nə qədər ki, onlar terror təşkilatı liderlərinin plakatları ilə nümayişlər keçirirlər və nə qədər ki, terrorçuların nitqləri İsveç dövlət televiziyasında yayımlanır, biz onlara “NATO-ya girin” deyə bilmərik. Eyni şey Finlandiyaya da aiddir”, -deyə dövlət başçısı bildirib.
Ərdoğan Yunannıstandakı ABŞ bazalarının Rusiyaya qarşı qurulduğuna inanmadığını da vurğulayıb.
“NATO nöqtəsində biz keçmişdə Yunanıstanla yaşadıqlarımızı, Fransa ilə yaşadıqlarımızı indi bunlarla yaşamaq istəmirik. Yunanıstana bizim sələflərimiz yol verdilər, Fransaya da... Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər? Rusiyaya qarşı deyirlər... Bağışlayın, amma buna heç kim inanmır”, -deyə Türkiyə prezidenti qeyd edib.
Mənbə: TRT
Rəylər