Britaniya ordusunun xaricdə olan hərbçilərinə eskort (seks işçiləri) xidmətindən istifadə etmək rəsmən qadağan edilib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi xəbər yayıb.
Qurumdan bildirilib ki, bu qaydanı pozan hər kəs ordudan qovulacaq.
O da vurğulanır ki, yeni məhdudiyyət ölkə daxilində olanlara şamil edilmir.
Bu cür tədbirlər silahlı qüvvələrdə cinsi təcavüz ilə bağlı aparılan araşdırmadan və 2012-ci ildə Keniyada təlim zamanı britaniyalı əsgərlərin davranışları, o cümlədən əsgərlərdən birinin eskort xidməti göstərən qadını öldürdüyünə dair məlumatlardan sonra tətbiq edilib.
Müdafiə naziri Ben Uolles yeni qaydaya kimin və necə nəzarət edəcəyini açıqlamayıb.
Rouz Vanyua 2012-ci ildə Keniyada ingilis əsgəri tərəfindən öldürüldüyü iddia edilən bacısı Agnes Vanjirunun fotosu ilə
Keniyalı eskortların əksəriyyətinin Britaniya əsgərləri olduğunu iddia edən müştəriləri tərəfindən qətli və təqibinə qarşı etiraz aksiyaları
Mənbə: The Times
Rəylər