19 
Avq
2022
13:51
259
32
6802
Virtual karabakh

Ərdoğan: “Zelenski məndən xüsusi olaraq xahiş etdi ki...”

19 Avq, 2022
13:51
6802

Ərdoğan: “Zelenski məndən xüsusi olaraq xahiş etdi ki...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zelenski ilə görüşlərimiz zamanı ikitərəfli münasibətlərimizin bütün aspektlərini müzakirə etdik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Lvovda danışıqların əsas mövzusu müharibə olub:

“Təbii ki, altı aya yaxındır davam edən müharibə danışıqlarımızın əsas mövzusu olub. Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizin davam edəcəyini bir daha bildirdim. Həmçinin dedim ki, biz müharibənin diplomatiya və danışıqlar yolu ilə həllinə töhfəmizi verməyə davam edəcəyik. Soçi səfərim zamanı Putinə dediyim kimi, Zelenskiyə də xatırlatdım ki, biz onların görüşünə ev sahibliyi edə bilərik”.

“Zaporojye məsələsi əslində təsadüfi bir məsələ deyil. Amma ilk növbədə Beynəlxalq Atom Enerjisi Agentliyi bu məsələni yaxından izləməli və görüləcək işlərlə bağlı müəyyən yükü öz üzərinə götürməlidir.

Zelenski məndən xüsusi olaraq xahiş etdi ki, Rusiyanın oradakı bütün minaları və basdırdığı oxşar şeylər aradan qaldırılsın və bu məsələ tez bir zamanda təhlükəli olmaqdan çıxsın”, - Ərdoğan qeyd edib.

Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri