Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pakistanda keçmiş baş nazir İmran Xanın canlı yayımları qadağan edilib
Pakistan Media Nəzarət Xidməti telekanallara keçmiş baş nazir İmran Xanın çıxışlarını canlı yayımlamağı qadağan edib.
Qərar onun çıxışlarının konstitusiyaya və medianın davranış kodeksinə zidd olması ilə izah edilib.
Bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
Rəsmi təşkilat hesab edir ki, telekanallar dövlət qurumlarına qarşı materialların yayımının qarşısı almalıdırlar.
Qeyd edək ki, bir gün əvvəl cənab Xan köməkçisi Şahbaz Gillin həbsinə cavab olaraq canlı efirdə yüksək səviyyəli polis məmurlarına, hakimə, Pakistan Seçki Komissiyasına və onun siyasi rəqiblərinə qarşı cinayət işi açılacağını bildirib.
Mənbə: kommersant.ru
Rəylər