Sen
2022
21:45
496
274
15035
Virtual karabakh

Böyük Britaniya kraliçası II Elizabet vəfat edib - YENİLƏNİB + FOTO/VİDEO

8 Sen, 2022
21:45
15035

Böyük Britaniya kraliçası II Elizabet vəfat edib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya kraliçası II Elizabet vəfat edib.

Səhhətində problem yaranan və bu gün vəziyyəti ağırlaşan monarxın 96 yaşı var idi.

O, Şotlandiyanın Balmoral qəsrində dünyasını dəyişib.

Məlumata görə, kraliçanın bütün ailə üzvləri onun yanında olub.

Kraliyyət ailəsindən verilən rəsmi məlumata görə, Böyük Britaniyanın yeni monarxı Kral Çarlz olacaq.

Kraliçanın ölümü ilə əlaqədar olaraq Britaniyada 10 günlük matəm elan oluub.

Bukingem sarayı üzərində dalğalanan dövlət bayrağı endirilib.

Həmçinin, ölüm xəbərindən sonra London birjasında da ticarət dayandırılıb.

Mənbə: Guardian

16:20

Böyük Britaniya Kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb. Həkimlər onun vəziyyətindən narahatdırlar.

Bu barədə Bukingem sarayı rəsmi açıqlama yayıb.

Bildirilir ki, kraliça bir müddət xüsusi həkim nəzarətində olacaq.

BBC-nin öz mənbələrinə istinadla məlumatına görə, taxtın varisi şahzadə Çarlz və şahzadə Uilyam hazırda Şotlandiyaya - kraliçanın yanına yollanıblar.

Həmçinin şahzadə Anna, şahzadə Endryu və şahzadə Edvardın da Balmorala getdikləri bildirilir.

Xatırladaq ki, kraliçanın səhhətində uzun müddətdir ki, problemlər yaranıb. Bu səbəbdən hətta Britaniya tarixində ilk dəfə olaraq o, hökumət başçısını Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin etdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri